AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Teymur Kərimli: “Nizami ilə bağlı bütün dəyərli məlumatlar elektronlaşdırılmalıdır”
Mart 16, 2021 | 10:34 / Müsahibələr, çıxışlar
Oxunub 522 dəfə
Akademik Teymur Kərimli: “Nizami ilə bağlı bütün dəyərli məlumatlar elektronlaşdırılmalıdır”
Dünya ədəbiyyatına nəzər salsaq görərik ki, Nizamiyə qədər əsasən qəhrəmanlardan, yunan mifologiyasındakı tanrılardan bəhs olunurdu. Belə bir dövrdə qüdrətli söz ustadı ədəbiyyata yeni, fərqli üslub gətirdi. Dərin ensiklopedik biliklərə malik ustad şairin əsərlərində bütün elmlərin sintezinə rast gəlinir. Həm bu baxımdan, həm də humanizmi, insansevərliyi ilə seçilən Nizaminin dünya səviyyəsində dəyəri böyükdür.
Bu fikri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan!” verilişində səsləndirib. Alim qeyd edib ki, cari ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı dövlət başçısının müvafiq sərəncamı dahi şairin ədəbi irsinin dərindən öyrənilməsi və dünyada geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Söhbət zamanı bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin irsinin tədqiqi və dünya səviyyəsində təbliğinin əhəmiyyəti qeyd edilib. Dahi şairin əsərlərinin, elmi monoqrafiyaların, ümumiyyətlə Nizami ilə bağlı bütün dəyərli məlumatların gələcək nəsillərə çatdırılmasının zəruriliyi ifadə olunub, bu məqsədlə informasiya texnologiyalarının, elektronlaşdırılmanın bütün imkanlarından səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.
Həmin verilişi buradan https://www.youtube.com/watch?v=dRx3kARE81E izləmək mümkündür.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015