AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Memarlıq və İncəsənət İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Mart 02, 2021 | 01:45 / Konfranslar, iclaslar
Oxunub 487 dəfə

Fevralın 26-da İnstitutda On-line rejimdə bəşəriyyət əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən birinin – Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş xatirə tədbiri keçirilmişdir. Tədbir iştirakçıları faciənin günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov açdı və tədbir iştirakçılarına bu qanlı cinayət haqqında ətraflı məlumat verdi. O, həmçinin qeyd etdi ki, Xocalı qırğını erməni terrorçularının dinc Azərbaycan əhalisinə qarşı törətdiyi ən dəhşətli cinayətdir. Artıq 29 ildir ki, hər il fevralın 26-da xalqımız Azərbaycan tarixinin bu qara səhifəsini qeyd edir. Təcavüzkarlar tərəfindən qətlə yetirilmiş soydaşlarımızın xatirəsini hüznlə yad etsək də, bu il biz həmin qanlı tarixi ötən illərdə olduğu kimi böyük kədərlə qeyd etmirik. Bunun səbəbi 44 günlük müharibədə Azərbaycanın parlaq qələbəsidir. Fərəhlidir ki, müharibənin gedişində həmin qanlı cinayətdə əli olanların bir qismi öz layiqli cəzalarına çatdılar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015