AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Kamal Abdullayevin “Seçilmiş əsərləri”nin IV cildi çapdan çıxıb
Noy 18, 2020 | 12:09 / Yeni nəşrlər
Oxunub 88 dəfə

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullayevin “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb.

Kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsərlərindən bəzilərini əhatə edir. Bu cildə akademikin xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalqlarının eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mifdən Yazıya” kitabı, dastanın poetik özəlliklərini elmi əsaslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış sosial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-publisistik məqalələri, oçerkləri daxil edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015