AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası” adlı kitab işıq üzü görüb
Noy 19, 2020 | 12:52 / Yeni nəşrlər
Oxunub 189 dəfə

AMEA-nın Folklor İnstitutunun “Mifologiya” şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun “Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası” adlı yeni kitabı işıq üzü görüb. S.Rzasoyun adı keçən bu kitabı “Dədə Qorqud” eposunun yeni tapılmış əlyazması olan “Kitabi-Türkman lisani” oğuznaməsinin aktual problemlərinə həsr olunub. "Elm və təhsil" nəşriyyatında çapdan çıxan bu kitab 472 səhifədən və 5 bölmədən ibarətdir.

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan bu kitabın redaktoru və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Səfa Qarayev və Hikmət Quliyevdir.

Kitabda ilk dəfə olaraq transmediativ yanaşma metodu tətbiq olunmuş, bütov mətn, onun ayrı-ayrı hissələri, o cümlədən “boy”, ”soy”, ”yum” kimi janrların transmediativ informasiya vahidləri olduğu müəyyən edilmişdir. Monoqrafiyada həmçinin “Ğaib” dünya konseptinin Oğuz mifoloji dünya modelinə o dünya ilə bu dünya arasında yerləşən və əsilzadə Oğuz igidlərinin ölüm zamanı çatdıqda “qeyb-yox” getdiyi aralıq məkan –liminal dünya olduğu aşkar edilmişdir. “Kitabi-Türkman lisani“ oğuznaməsindəki soyların transmediativ strukturu və ritual-mifoloji semantikası geniş təhlil edilmişdir.

Kitabın redaktoru və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “Qorqudşünaslıqda yeni məkan-zaman paradiqması” adlı ön sözündə yazır: “S.Rzasoyun “Kitabi-Türkmən lisani” oğuznaməsinin transmediativ strukturu və ritual mifoloji semantikası” adlanan bu kitabının ümümi dəyərinə, konsepsiyasına, elmi doktrinlərinə gəlincə, haqqında sabit, dəyişməz bir fikir söyləmək çətindir. Çünki bu tədqiqat Qorqudşünaslıqda, Oğuzşünaslıqda və bütov türkolojidə dinamiklik yaradacaq, fikri hərəkətliliyə səbəb olacaq bir əsərdir: adından tutmuş problemlərinədək....
Kitabın yeniliklərini sadalamaqla qurtarmaq mümkün deyil. Ən azı o səbəbdən ki, hər bir elm adamının öz dəyərləndirmə sistemi var və bu kitab hər kəsin düşüncəsində fərqli mənalar doğuracaq.”

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015