AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Professor Şamil Salmanovun seçilmiş əsərləri nəşr olunub
Noy 17, 2020 | 02:08 / Yeni nəşrlər
Oxunub 110 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən Şamil Salmanovun “Böyük yaradıcılıq yolu” kitabı nəşr olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib.

Kitabın elmi redaktoru və “Ənənə və novatorluq: anlayışının dinamikası” adlı “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, professor Tahirə Məmməddir. Rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Məhəmmədəli Mustafayev və Pərvanə İsayeva, çapa hazırlayan və tərtib edəni isə filologiya üzrə fəlsəfə doktoru, dosent Simuzər İsmayılovadır. O, həmçinin “Şamil Salmanovun ömür yolu və elmi fəaliyyətinin əsas istiqamətləri” tanıtım yazısının da müəllifidir.

Nəşrdə filologiya elmləri doktoru, professor Şamil Salmanovun (1933-2006) seçilmiş məqalə və müsahibələri toplanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015