
Noy 17, 2020 | 02:04 / Yeni nəşrlər
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Ağlaya-ağlaya gülən şairlər” kitabı çap olunub.
Elmi müəssisənin Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun tərtibçiliyi ilə işıq üzü görən kitab görkəmli əlyazmaşünas alim Məmmədağa Sultanovun (1910-1991) 110 illiyinə ithaf edilib.
Qeyd edək ki, M.Sultanov bu toplunun həm təşəbbüskarı, eyni zamanda redaktoru olub. Kitabda yer alan mətnlərin transfoneliterasiyası Əkrəm Bağırov, Mahirə Quliyeva, Arif Ramazanov, Fərrux Fərmanov və Nazim Rizvana aiddir. Nəşrə sovet dönəmində mərsiyə şairləri kimi təqdim olunan və tədqiqatlardan kənarda qalmış XIX əsr Azərbaycan müəlliflərinin (Dəxil, Qumri, Raci, Sərraf, Şükuhi, Şüai, Nəbati, Fəqir, Dilsuz, Aciz, Pürqəm, Rayiz) əsərlərindən nümunələr daxil edilib.