AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunda tarixi qələbəmiz qeyd olunub
Noy 11, 2020 | 10:10 / Konfranslar, iclaslar
Oxunub 106 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycanın qazandığı möhtəşəm qələbə münasibəti ilə toplantı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq xalqımızı və müəssisə əməkdaşlarını təbrik edib. Qələbənin qazanılmasındakı vacib məsələlərə toxunan akademik ordumuzun zəfərində Ali Baş Komandanın böyük əmək sərf etdiyini bildirib: “Cənab Prezident İlham Əliyev tariximizə qalib prezident kimi daxil oldu. Onun təkbaşına dünyanın otuzdan çox ölkəsinə verdiyi müsahibələr, yeddi dəfə Azərbaycan xalqına müraciəti müharibənin taleyini həll etməkdə mühüm rol oynadı. O, əsl sərkərdə, böyük hərbi komandandır, qalib İlham Əliyevdir. Şuşa azad olunanda atasının - ümummilli liderimizin məzarına getdi, həm hesabat verdi, həm də borcunu yerinə yetirdi. Qalib Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi dövlətçilk ideallarının yerinə yetirilməsinin möhtəşəm hesabatıydı. Ardınca Şəhidlər Xiyabanından cənab Prezidentin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərirdi”.

Şuşa zəfərinin önəmindən danışan akademik vurğulayıb ki, şəhərin işğaldan azad edilməsində iştirak edən əsgərlərin hamısı Milli Qəhrəman adına layiqdir. “Ümumiyyətlə, Azərbaycan Ordusu qəhrəman ordudur. Bu ordunun İlham Əliyev kimi qalib Ali Baş Komandanı var. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yeni epoxasını yaratdı. Bu epoxanı siyasi, iqtisadi, mədəni və bütün səviyyələrdə yeniləşdirən, dəyişdirən inkişaf etdirən İlham Əliyevdir, bu mərhələnin adı İlham Əliyev erasıdır”, - deyə akademik söyləyib.

Qazandığımız qələbədə diplomatik əlaqələrimizin əhəmiyyətindən də danışan akademik qardaş Türkiyənin, Pakistanın, İsrailin ölkəmizə birmənalı dəstək verdiyini xüsusi vurğulayıb, Rusiya və İran kimi qonşuların tolerant mövqe nümayiş etdirməsini qeyd edib.

Daha sonra Ədəbiyyat İnstitutunun alimlərindən professorlar Qəzənfər PaşayevMəhərrəm QasımlıTahirə Məmməd, dosentlər Əlizadə ƏsgərliAygün Bağırlı və başqaları çıxış edərək tarixi qələbə münasibəti ilə Ali Baş Komandanımızı və xalqımızı təbrik ediblər. Qazanılmış qələbədə böyük əməyi olan əsgər və zabitlərimizə minnətdarlıq ünvanlanıb, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyiblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015