AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Fədakar tədqiqatçı-alim” kitabı nəşr olunub
Noy 03, 2020 | 11:02 / Yeni nəşrlər
Oxunub 88 dəfə

“Elm və təhsil” nəşriyyatında filologiya elmləri doktoru, professor Asif Rüstəmli haqqında “Fədakar tədqiqatçı-alim” kitabı çap olunub.

Kitabda ədəbiyyatşünas-alim Asif Rüstəmlinin həyatı, yaradıcılığı, əsərləri haqqında Türkiyə və Azərbaycan alimlərinin elmi məqalələri, rəyləri, yerli və xarici mətbuatda dərc edilmiş publisistik yazılar, informasiyalar, rəsmi təbriklər, poetik düşüncələr öz əksini tapıb.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru Baba Babayev, filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova, toplayanı və tərtib edəni isə Növrəstə Rüstəmlidir. Nəşrə Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov “Həmişə yeni söz, yeni fikir və yeni fakt axtarışında” sərlövhəli “Ön söz” yazıb.

Topluda “Təqdimatlar”, “Təbriklər” (Asif Rüstəmli – 50), “Asif Rüstəmli – 60”, “Asif Rüstəmli – 65”, “Xarici nəşrlərdə”, “İthaflar” kimi bölümlər var. “Məqalələr, rəylər” bölümündə Yaşar Qarayev, Sabir Əhmədli, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Vilayət Quliyev, İslam Ağayev və başqa görkəmli şəxsiyyətlərin Asif Rüstəmlinin fəaliyyətinə həsr olunmuş yazıları yer alıb. “Asif Rüstəmlinin kitabları” bölümündə isə müəllifə məxsus 17 kitabın fotosu verilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015