AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan dilinin orfoepiya qaydalarının layihəsi hazırlanıb
Okt 09, 2020 | 01:52 / Konfranslar, iclaslar
Oxunub 612 dəfə

"Azərbaycan dilinin orfoepiya lüğəti"nin qaydalarının layihəsi hazırdır". 

Bunu açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, layihədə yeniliklər var: “Yeniliklər haqqında hələ deyə bilmərəm, amma çox yaxşı yeniliklər var. Çalışmışıq ki, tələffüzlə yazılış arasındakı fərq minimuma endirilsin. Amma layihə hələ müzakirə olunmalıdır. Düşünürəm ki, qəbul olunsa, hamının xeyrinədir. Layihə müəyyən təşkilatlara göndəriləcək. Həmin təşkilatlar layihəyə baxdıqdan sonra öz fikirlərini deyəcəklər". 

Qeyd edək ki, bununla əlaqədar Orfoepiya Komissiyası və onun nəzdində İşçi qrupu yaradılıb. Komissiyanın sədri M. Nağısoylu seçilib.

"APA"

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015