AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Molla Qasım Zakirin ilk şeirlər toplusu çapdan çıxıb
Sen 30, 2020 | 09:49 / Yeni nəşrlər
Oxunub 114 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda həyat və yaradıcılığı haqqında çox az məlumata malik olduğumuz, XIX əsrdə yaşamış istedadlı şair Molla Qasım Zakirin ilk şeirlər toplusu nəşr edilib.

Kitabı nəşrə hazırlayanlar və ”Ön söz”ün müəllifləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və Multidissiplinar əlyazmalar şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Nəşrə Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayeva və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova redaktorluq ediblər.

Qeyd edək ki, Molla Qasım təqribən 1800-cü ildə dünyaya gəlib, 1845-ci ildə vəfat edib. Mirzə Fətəli Axundzadə və Qasım bəy Zakirin müasiri olmuş Molla Qasımın əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilib. Şeirlərində həyati gerçəklikləri əks etdirən, dünyəvi məhəbbəti tərənnüm edən şairin bu kitabına onun qələmindən çıxmış qoşma, gəraylı, qəzəl, müxəmməs, müstəzad, müsəddəs, müsəmmən, müəşşər və mənzum məktublar daxil edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015