AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Azərbaycan folklorunda gülüşün psixologiyası, performansı və sosial konteksti” adlı məqaləsi nüfuzlu “Web of Science” elmi bazasında indeksləşmiş jurnalda dərc edilmişdir
İyl 29, 2020 | 03:14 / Yeni nəşrlər
Oxunub 39 dəfə

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Səfa Qarayevin "Azərbaycan folklorunda gülüşün psixologiyası, performansı və sosial konteksti" adlı məqaləsi “Web of Science” bazasına daxil olan “Journal of History Culture and Art Research” jurnalında dərc edilmişdir.

Məqalənin əsas tədqiqat predmetini Azərbaycan folklorunda gülüşün psixologiyasının, performansının və funksiyalarının sosial stereotiplər kontekstində öyrənilməsi və sosiomədəni semantikasının müəyyənləşdirilməsi təşkil edir.

Məqalə müasir dünyada folklorun tədqiq baxımından prioritet nəzəri-metodoloji yanaşma üsulları hesab olunan psixoanalitik, semiotik metodların, həmçinin performans nəzəriyyəsinin müvafiq yanaşmalarının tətbiqi əsasında yazılmışdır.

Məqalədə müəllif belə bir əsas elmi fikir irəli sürmüşdür ki, mədəniyyətdə gülüşün yaradılması texnologiyalarının, aktuallaşma situasiyalarının, metaforalarının və kollektiv sosial davranış akt kimi funksional keyfiyyətlərinin folklorşünaslıq aspektindən düzgün elmi analizi onun ənənəvi araşdırmalardan fərqli olaraq, yeni parametrlərdə dəyərləndirilməsini tələb edir. Bunun üçün ilk öncə glüşün sosial konteksti və metaforik mahiyəyəti diqqət mərkəzində saxlanılmalıdır.

Gülüşün sosial kontekstinin və metaforik mənaların nəzərə alınması ilə aparılan tədqiqatda gülüşün  müsbət mesajların ifadəçisi olmaqla yanaşı, aqressiv münasibətləri ifadə etməsi məsələsi, həmçinin kişi sosial mühitində gülüşün semantikası və funksiyası, Azərbaycan cəmiyyətində qadın gülüşü və kişi gülüşünün semiotik mahiyyəti və s. kimi məsələlər konkret mədəni faktlar əsasında diqqət mərkəzinə gətirilmişdir.

Məqalə folklor faktlarının metoforik oxunuşu vasitəsilə milli psixologiyanın, milli mentalitetin, milli stereotiplərin öyrənilməsi və nəticə etibarilə konkret sosial situasiyalar üçün milli davranış modellərinin müəyyənləşdirilməsi, proqnozlaşdırılması, hətta ssenariləşdirilməsi baxımından ciddi sosial tətbiq imkanlarına malikdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015