AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklorşünas alim Səfa Qarayevin psixoanalitik tədqiqat metodu əsasında yazılmış növbəti kitabı nəşr olunmuşdur: "Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər"
İyn 24, 2020 | 02:12 / Yeni nəşrlər
Oxunub 189 dəfə

Son illər folklorun müasir nəzəri-metodoloji baxışlar prizmasından, xüsusən də dünyada geniş yayılmış psixoanalitik metod əsasında öyrənilməsi sahəsində çoxsaylı tədqiqatları ilə Azərbaycan folklorşünaslığında yeni bir istiqaməti inkişaf etdirən gənc folklorşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin "Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər" adlı növbəti kitabı işıq üzü görüb.

Kitabda milli qorqudşünaslıq  təcrübəsində ilk dəfə olaraq "Kitabi-Dədə Qorqud" eposunun mənalar sistemi sosial-antropoloji yanaşmalar konteksində psixoanalitik metodla araşdırmaya cəlb edilmişdir. Yeni təqdim olunan nəzəri-metodoloji yanaşma özünü bir tərəfdən tədqiqat predmetinin mənalar sistemi kimi müəyyənləşdirilməsində, digər tərəfdən isə "KDQ" eposu və bu epik ənənəyə daxil olan digər folklor mətnlərindəki süjet və motivlərin yaradıcı fantaziya artefaktı olaraq psixoloji komplekslərin metaforik təzahürü kimi təhlil olunmasında göstərir. Bu nəzəri-metodoloji “mikroskop” altında görünən konkret elmi mənzərə isə eposun “kişilik idiokuturası”nın bədii təcəssümü faktı olmasıdır.

İki fəsildən ibrarət olan kitabın birinci  fəsli "Kitabi-Dədə Qorqud"-da epik reallıq və  metaforik məna", ikinci fəsli isə "KDQ"-də dəlilik: psixosemantik etiologiyası  və simvolik semantikası" adlanır.

Kitabda geniş şəkildə tədqiqata cəlb edilən semantik vahidlərdən biri yalnız epik mətinlərin deyil, bütövlükdə əski mədəniyyətlərin struktur özünütəşkilində mühüm bir komponent kimi çıxış edən “hökmdar” metaforasıdır. Araşdırmada bu obrazın sosial normaların, kosmik nizamın dayanıqlığının təmin olunmasında mifik-simvoik təbiəti diqqət mərkəzinə gətirilmişdir. Tətbiq edilən psixoanalitik metod nəticəsində müəllif tərəfindən belə bir yanaşma formulə edilmişdir ki, folklordakı hökmdar obrazlarının prototip əsasında tədqiqatçıların əksəriyyətinin qeyd etdiyi sosial idarəçilikdəki hökmdar konsepti deyil, ailə başçısı kimi çıxış edən ata ob­ra­zı dayanır. Bu baxış bucağından salınan işıqda mədəniyyətdə qədim mifik faktlardan olan "hökmdarın taxtan salınıb yenidən taxta çıxarılması" faktının simvolik şəkildə "KDQ"-də də əks olunması müəyyənləşdirilmiş, bu faktın eposda süjeti, obrazlar sistemini, motivləri şərtləndirmə mexanizmləri aşkarlanmışdır.

Kitabın mühüm keyfiyyətlərindən biri də müasir dünya folklorşünaslığında əsas yanaşma istiqamətlərindən olan “mövqe” anlayışının tətbiqidir. Tətbiq olunan psixoanalitik metodun kateqorial aparatı burada mətnin yaranmasında kollektiv sosial mövqenin  “kişi kollektivi” olduğunu müəyyənləşdirmişdir. Təd­qi­qatda “KDQ” eposu ki­şi ma­raq­la­rı kon­teks­tin­də ya­ra­dı­lan, ki­şi ar­zu­la­rı­nın pro­yek­si­ya­sı­nı or­ta­ya qo­yan abi­də ki­mi ana­liz edil­miş­dir. Burada abi­dənin re­al ta­ri­xi ha­di­sə­lə­rin və et­noq­ra­fik ger­çək­li­yin təs­vi­ri deyil, ki­şi­mər­kəz­li cə­miy­yə­tin arzu­la­rı­nın me­ta­fo­rik tə­cəs­sü­mü olması konkret mətn təhlilləri ilə aşkarlanmışdır. Kitabda epo­sun ki­şi möv­qe­yi­nin tə­cəs­sü­mü ol­ma­sı və Tan­rı­nın da ki­şi ya­ra­dı­cı­lıq fak­tı ol­ma­sı ilə əla­qə­dar ola­raq mətn­də on­lar ara­sın­da kon­ven­sio­nal mü­hi­tin for­ma­laş­ma­sı mü­əy­yən­ləş­di­ril­miş­dir.

Təd­qi­qatın mühüm metodoloji yeniliklərindən biri epos­da­kı çox­say­lı fakt və kon­f­likt­lərin Edip komp­lek­si kon­teks­tin­də ana­lizi təcrübəsidir. Burada  Edip komp­lek­si psi­xoa­na­li­tik və so­si­al-ant­ro­po­lo­ji təd­qi­qat­lar­da in­sa­nın emo­sio­nal re­al­lı­ğı­nın, so­si­al kim­li­yi­nin for­ma­laş­ma­sın­da həl­le­di­ci əhə­miy­yə­tə ma­lik olan so­si­al-psi­xo­lo­ji mü­na­si­bət sə­viy­yə­si ki­mi öy­rə­nil­mək­lə ya­na­şı, onun ya­ra­dı­cı­lıq fakt­la­rın­da­kı mə­na­ya­ra­dı­cı ro­lu da  də­yər­lən­di­ril­miş­dir.

Kitabda belə bir elmi qənaət irəli sürülmüşdür ki, "KDQ"-də  qəh­rə­man statusuna keçmənin və igid­li­yin təq­di­ma­tı­nın ata ilə konf­likt kon­teks­tin­də rea­li­zə olun­ma­sı igid­li­yin Edip komp­lek­si­nin am­bi­va­lent­li­yi kon­teks­tin­də ak­tu­al­laş­ma­sın­dan irə­li gə­lir. Ki­tab­da ər­gən­lik dö­nə­min­də ke­çid sta­tus olan  “də­li­lik” ata gü­cü­nün ta­bee­di­ci ma­hiy­yə­ti­nə pro­test kon­teks­tin­də araş­dı­rıl­mış­dır. Mü­əy­yən olun­muş­dur ki, də­li­li­yin psi­xo­se­man­tik əsa­sın­da Edip komp­lek­si kon­teks­tin­də ata ilə kon­f­likt da­ya­nır. Də­li­lik ata ilə kon­f­likt ra­kur­su­dur və onun ma­hiy­yə­tin­də­ki iki­mə­na­lı­lıq (igid­lik və ax­maq­lıq) bu kon­f­likt da­xi­lin­də qa­zan­dı­ğı ma­hiy­yət­dən qay­naq­la­nır.

Beləliklə, kitabda “xa­nın taxt­dan dü­şüb ye­ni­dən tax­ta çıx­ma­sı”, “ata-oğul konf­lik­ti”, “də­li­lik”, “ana xət­ti ilə qo­hum­luq mü­na­si­bət­lə­ri”, “ana mü­hi­tin­dən ata mü­hi­ti­nə ke­çid”  və s. ki­mi epik kon­sept­lər, həm­çi­nin Edip komp­lek­si­nin və digər psixoloji komplekslərin  mə­na­ya­ra­dı­cı tə­biə­ti müasir nəzəri-metodoloji yanaşmalar kontekstində ge­niş şə­kil­də öy­rə­nil­məklə müasir milli folklorşünaslığımızın bu istiqamətdə inkişafı üçün yeni üfüqlər açılmışdır.

 

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015