AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Professor Seyfəddin Rzasoy "Naxçıvan" Universitetinin tələbələri üçün onlayn mühazirə oxuyub
İyn 01, 2020 | 02:57 / Konfranslar, iclaslar
Oxunub 64 dəfə

"Naxçıvan" Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşəbbüsü ilə AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyla Pedaqoji fakültənin "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" ixtisası üzrə I kurs tələbələrinin onlayn görüşü keçirilib.

Onlayn görüşdə "Naxçıvan" Universitetinin elmi katibi, dosent Əli Həşimli, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədova və kafedranın müəllimləri iştirak edib.

Professor Seyfəddin Rzasoy "Mifin tarixi və genezisi" mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə tələbələrin marağına səbəb olub.

Sonda S.Rzasoy tələbələrin suallarını cavablandırıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015