AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Özbəkistanlı alimlər Əlyazmalar İnstitutunda mühafizə olunan yazılı abidələrlə tanış olublar
Fev 23, 2020 | 10:55 / Konfranslar, iclaslar
Oxunub 63 dəfə

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Nodir Tonurqu, professorlar Nurbay Jabborov, Boqijon Töxliyev və Olimjon Davlatov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Qonaqlara elmi müəssisədə mühafizə olunan yazılı abidələr, aparılan elmi tədqiqat işləri, yeni nəşrlər barədə ətraflı məlumat verilib. Onlar elmi müəssisənin Ekspozisiya zalında, Əlyazma saxlanclarında, Elektron resurslar şöbəsində, Bərpa və konservasiya laboratoriyasında olub, institutda əlyazmaların mühafizəsi, bərpası, elektronlaşması və sərgilənməsi işinin təşkilini yaxından izləyiblər.

Sonda özbəkistanlı qonaqlara Əlyazmalar İnstitutunun son nəşrlərindən bir neçəsi hədiyyə olunub.

http://science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015