AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Özbəkistanlı alimlər Hüseyn Cavidin Ev Muzeyində olublar
Fev 24, 2020 | 05:07 / Görüşlər
Oxunub 22 dəfə

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şuxrat Sirojiddinov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Nodir Tonurqu, professorlar Nurbay Jabborov, Boqijon Töxliyev və Olimjon Davlatov AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.

Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı ilə görüşdə qonaqlara müəssisənin tarixi, strukturu və fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Qonaqlar daha sonra muzeyin ekspozisiya zalları ilə tanış olublar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015