AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Qobustan” jurnalının fəaliyyətə başlamasının 50 illiyi qeyd edilib
Fev 19, 2020 | 12:01 / Konfranslar, iclaslar
Oxunub 23 dəfə

Bakı Kitab Mərkəzində “Qobustan” jurnalının fəaliyyətə başlamasının 50 illiyinə həsr olunan tədbir keçirilib.

Mərasimdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa HəbibbəyliMilli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael HüseynovMemarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər şəxslər iştirak ediblər.

Tədbiri Bakı Kitab Mərkəzinin rəhbəri Günel Rzayeva açaraq ötən 50 il ərzində “Qobustan” jurnalında ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə yanaşı, sənətdə yeni addımlarını atan şair, yazıçı və tərcüməçilərin, eyni zamanda türk və digər xarici ölkə ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərinin dərc olunduğunu bildirib.

Xalq yazıçısı Anar isə toplunun yaranma tarixi və fəaliyyətindən söz açıb, nəşrin fəaliyyətə başladığı ilk dövrlərdə məşəqqətli yol keçdiyini söyləyib. O, ulu öndər Heydər Əliyevin jurnalın davamlı fəaliyyət göstərməsinə daim dəstək verdiyini deyib, həmçinin ömrünün 29 ilini “Qobustan”a sərf etdiyini xatırladıb.

Daha sonra akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Zemfira Səfərova, Xalq yazıçısı Elçin, Xalq artisti Polad Bülbüloğlu, nəşrin baş redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri çıxış edərək jurnalın Azərbaycanın ədəbi və mədəni həyatındakı rolundan danışıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015