AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” adlı kitab çapdan çıxıb
Fev 21, 2020 | 11:18 / Yeni nəşrlər
Oxunub 56 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” adlı kitab çapdan çıxıb.

“Əkinçi” qəzetinin 145 illiyinə həsr edilən kitabda 1934-cü ildən 2016-cı ilə qədər “Ədəbiyyat qəzeti”nin səhifələrində Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə dair yazılar toplanıb. Kitab Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Əzizə Ələkbərova tərəfindən tərtib edilib.

Nəşrin “Ön sözü”nün müəllifi filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, rəyçiləri isə Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovdur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015