AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
Fev 21, 2020 | 10:18 / Konfranslar, iclaslar
Oxunub 23 dəfə

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) arasında memorandum imzalanıb.

Memorandumda Azərbaycanın mövcud qanunvericiliyi, habelə bu sahədə müvafiq saziş və müqavilələr rəhbər tutularaq gələcəkdə elm, dil, tarix, folklor və ədəbiyyat sahələri üzrə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Bundan başqa, birgə baş tutacaq tədbirlərə dair məsləhətləşmələr aparmaq, əməkdaşlığa dair illik iş planı hazırlamaq, müvafiq sahələr üzrə nəşrlərin mübadiləsini həyata keçirmək, iki ölkənin elmi jurnalları arasında əlaqələri dərinləşdirmək və digər məsələlər əksini tapıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015