AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Elm və həyat” jurnalının Redaksiya heyətinin yeni tərkibi təsdiqlənib
Fev 17, 2020 | 02:09 / Yeni nəşrlər
Oxunub 93 dəfə

AMEA-nın “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə Redaksiya heyətinin tərkibində dəyişiklik edilib.

Bu barədə qərar AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında verilib.

Qeyd edək ki, 1961-ci ildən nəşr olunan “Elm və həyat” jurnalı yarandığı ilk dövrlərdən öz səhifələrində dünyanın və Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılmasına, elmi nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı elmi işlərin nəticələrinin təbliğinə geniş yer ayırmaqla, bütün dünyada ənənə halını almış elmin populyarlaşdırılmasına layiqli töhfələrini verib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015