AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Bilinməyən Nəsimi” adlı kitab nəşr olunub
Dek 26, 2019 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 40 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin dünyanın müxtəlif arxiv, kitabxana və muzeylərində qorunan əsərləri əsasında “Bilinməyən Nəsimi” kitabı nəşr olunub.

Kitaba Nəsiminin indiyədək yalnız əlyazma şəklində mövcud olan, ölkəmizdə işıq üzü görməyən əsərləri daxil edilib.

Nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir.

Kitabı tərtib edən filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir. Mətnləri ərəb əlifbasından transliterasiya edənlər isə filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva və Xoşqədəm Mirzəyevadır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015