AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Akademik Teymur Kərimli "Prezident İlham Əliyevin siyasəti: Mədəniyyətlərarası və dinlərarası harmoniya" konfransında iştirak etmişdir
Dek 18, 2019 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 325 dəfə

Dekabrın 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransa dəvət alıb. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015