AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Akademik Teymur Kərimli klassik ədəbi irsimizə dövlət qayğısı və dəstəyindən söhbət açmışdır
Dek 13, 2019 | 04:13 / Konfranslar, iclaslar
Oxunub 407 dəfə

13 dekabr 2019-cu il tarixində AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli  "Mədəniyyət" televiziya kanalının "Səhərçağı" musiqili-informasiya proqramının qonağı olmuşdur.

Verilişdə 2019-cu ilin Nəsimi ili elan edilməsi və bu ilə verilən töhfələrdən ətralı söhbət açılmışdır. Akademik Teymur Kərimli klassik irsimizə olan diqqətin, qayğının, məhəbbətin  son əlli ildə  daha parlaq şəkildə təzahür etdiyini bildirmiş və bunun ilk öncə ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun mədəniyyət, ədəbiyyat siyasəti, xalqımızın mədəni-mənəvi irsinə verdiyi yüksək qiymət və məhəbbətlə bağlı olduğunu diqqətə çatdırmış, həmin siyasətin bu gün də uğurla davam etdirildiyini qeyd etmişdir.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015