AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ulu Öndərin ideyaları bu gün də müstəqil Azərbaycanın inkişafına xidmət edir
Dek 12, 2019 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 129 dəfə

Bu gün insanlar Fəxri xiyabana gələrək Ümummilli Liderə məhəbbətlərini çiçək dəstələri ilə ifadə etməyə çalışır, dahi rəhbərin məzarı önündə ehtiramla dayanırlar. Heydər Əliyev elə bir böyük şəxsiyyət və dövlət rəhbəri olub ki, onun xatirəsi yüz illər bundan sonra da unudulmayacaq.

Bu sözləri dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabana gələn Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə elmləri doktoru, yazıçı Nizami Muradoğlu deyib.

O qeyd edib ki, Heydər Əliyev qlobal düşüncəli bir siyasətçi idi. Dünyanın güclü dövlətlərinin rəhbərləri Ümummilli Liderimizin bu unikal xüsusiyyətini çox yüksək dəyərləndirirdilər. Fenomen şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanın daha da inkişaf etməsinə bu gün də öz töhfəsini verir.

“Mənim həyatımda Ulu Öndərin çox böyük rolu olub. İki dəfə ümummilli lider Heydər Əliyevlə şəxsən görüşmək xoşbəxtliyi mənə nəsib olub. Birinci dəfə şəxsi təşəbbüsümlə görüşsəm də, ikinci dəfə Ulu Öndərin çağırışına gəlmişəm. Məni Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. 8 ildən artıq bir müddətdə Ulu Öndərin rəhbərliyi altında çalışmışam. Qeyri-adi zəka sahibi olan dahi şəxsiyyət Heydər Əliyevin tövsiyələri mənim üçün hər zaman dəyərli olub və olacaqdır.

Azərtac

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015