AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Miniatürlü əlyazmalar kataloqu” nəşr olunub
Dek 04, 2019 | 02:07 / Yeni nəşrlər
Oxunub 155 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Miniatürlü əlyazmalar kataloqu” nəşr olunub.

Kataloqun müəllifi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanova, elmi redaktoru professor Paşa Kərimovdur.

Kitabda institutun əlyazma xəzinəsində saxlanılan ən dəyərli miniatürlü əlyazmalar, onların müəllifləri, köçürülmə tarixləri, ölçüləri, paleoqrafik xüsusiyyətləri, hər bir əlyazmadakı miniatürlərin sayı barədə məlumat verilib. Əsasən XV-XIX əsrlərə aid olan bu əlyazmalar Yaxın və Orta Şərqin böyük sənətkarları – Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai və Füzulinin əsərləri ilə zəngindir.

İnstitutda mühafizə olunan əlyazmalardakı nəfis rəngli miniatürlərin fotoşəkilləri də nəşrə daxil edilib.

Kataloq Azərbaycan miniatür sənətinin, kitab mədəniyyətinin, o cümlədən mədəni irsimizin öyrənilməsi baxımından böyük maraq doğurur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015