AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Salatın Əhmədlinin bədii publisistikası” monoqrafiyası işıq üzü görüb
Dek 10, 2019 | 10:46 / Yeni nəşrlər
Oxunub 370 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədin “Salatın Əhmədlinin bədii publisistikası” monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadə, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədovdur.

“Gənclik” nəşriyyatında işıq üzü görən kitabda yazıçı-publisist Salatın Əhmədlinin yaradıcılığında publisistikanın yeri və mövqeyi fakt və materiallar əsasında təhlil olunub.

Monoqrafiyanın birinci fəsli “Azərbaycan publisistikasında Salatın Əhmədlinin yeri və mövqeyi”, ikinci fəsli isə “Salatın Əhmədlinin publisistikasında milli tarixi yaddaş, dil, ədəbiyyat və sənət məsələləri” adlanır.

science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015