AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli Türkiyədə “Şərəf” medalı ilə təltif olunub
Dek 04, 2019 | 02:44 / Yubileylər
Oxunub 155 dəfə

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyi tərəfindən “Şərəf” medalı ilə təltif olunub.

Alim türk dünyası qarşısında yaradıcı xidmətlərinə, Azərbaycan elminin inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.

Avrasiya Yazıçılar Birliyinin bu barədə qərarında qeyd edilir ki, 70 yaşı tamam olan İsa Həbibbəyli türk dünyasının ədəbiyyatı, zəngin mədəni irsi və ortaq tarixi dəyərlərinə dair çoxsaylı araşdırmalar aparıb, o cümlədən öz əsərləri ilə gələcək nəsillər üçün qiymətli yaradıcılıq irsi yaradıb.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015