AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi akademik Teymur Kərimli Moldova Respublikasında İmadəddin Nəsimiyə həsr olunmuş tədbirdə iştirak etmişdir
Dek 06, 2019 | 12:19 / Yubileylər
Oxunub 449 dəfə

5 dekabr tarixində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi dünya dilində” adlı tədbir keçirilib. Mədəni mərasim Moldovanın Təhsil, Mədəniyyət və Tədqiqat Nazirliyi, Azərbaycanın Moldovadakı Səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Moldova Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycandan tədbirə AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli dəvət olunub. Tədbir çərçivəsində akademik Teymur Kərimli tanınmış alimlərlə Nəsimi yaradıcılığı haqqında fikir mübadiləsi aparıb, AMEA-da Nəsimi yubileyi ilə bağlı görülən işlər barədə geniş məlumat verib. Tədbirdə akademik Teymur Kərimlinin “Ön söz”ünün müəllifi olduğu “İmadəddin Nəsimi dünya dillərində” adlı kitabın təqdimat  mərasimi  keçirilmişdir. Tədbir iştirakçıları Azərbaycan kitablarından, o cümlədən Nəsiminin əsərlərindən ibarət sərgi ilə də tanış olublar. 

 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015