AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində” monoqrafiyası çapdan çıxıb
Dek 02, 2019 | 11:11 / Konfranslar, iclaslar
Oxunub 18 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovun “İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində” monoqrafiyası nəşr olunub.

Müəllif monoqrafiyanın I fəslində Nəsiminin dilində işlənmiş türk mənşəli ümumi isimləri, II fəslində isə feilləri müxtəlif leksik-semantik qruplara bölərək oğuz qrupu türk dilləri ilə müqayisə edib.

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Sevil Mehdiyeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Baba Məhərrəmli və Qızılgül Abdullayevadır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015