AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Humanitar Elmlər Bölməsinin üzvləri Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə təltif olunmuşlar
Noy 26, 2019 | 06:18 /
Oxunub 28 dəfə

Noyabrın 25-də Prezident İlham Əliyev "Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında" Sərəncam imzalamışdır.

Sərəncama əsasən, AMEA-nın bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə təltif olunmuşlar.

AMEA-nın vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin üzvü akademik  Nərgiz Paşayeva “Şöhrət” ordeninə layiq görülmüş, eləcə də bölmənin müxbir üzvü Təhsin Mütəllimov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015