AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı işıq üzü görüb
Noy 18, 2019 | 05:01 / Yeni nəşrlər
Oxunub 174 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı nəşr edilib.

Görkəmli sənətkarın 110 illiyinə həsr olunan kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Nəşrin redaktoru və tərtibçisi filologiya elmləri doktoru Almas Binnətovadır. Topluya özbəkistanlı alimlər - akademik Naim Kərimov, filologiya üzrə fəlsəfə doktoru Gulnoz Sattarova və Azərbaycanlı alim, filologiya elmləri doktoru Yaşar Qasımbəyli rəy verib. Nəşrin məsul katibi isə AMEA-nın Tarix İnstitutunun elmi işçisi Gülşən Kəngərlinskayadır.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən vəsaitdə Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyinə həsr edilən beynəlxalq elmi konfransın materialları və haqqında müxtəlif illərdə yazılmış elmi məruzələr, məqalələr və fotolar toplanıb.

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015