AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
TƏBRİZ UNİVERSİTETİNİN PROFESSORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
Noy 07, 2019 | 04:00 / Görüşlər
Oxunub 17 dəfə

Təbriz Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin professoru Bağır Sədriniyə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Professoru Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qəbul edib. Akademik institutda saxlanılan fars əlyazmaları haqqında, bu istiqamətdə aparılan tədqiqat işləri barədə Sədriniyəyə məlumat verib. Eyni zamanda İran Elmlər Akademiyasının üzvü olan alim təmsil etdiyi elmi müəssisənin Əlyazmalar İnstitutu ilə sıx elmi əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Maraqlı fikir mübadiləsi aparan tərəflər gələcəkdə İran Elmlər Akademiyası ilə Əlyazmalar İnstitutu arasında elmi əməkdaşlıq müqaviləsinin imzalanması haqqında razılığa gəliblər. Sonra qonaq institutun Ekspozisiya zalı ilə tanış olub. Görüşdə Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlı da iştirak edib.

www.manuscript.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015