AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklor İnstitutunun Elmi Şurasında 2019-cu il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat dinlənilib
Noy 05, 2019 | 03:00 / Konfranslar, iclaslar
Oxunub 124 dəfə

Folklor İnstitutunun Elmi Şurasında 2019-cu il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat dinlənilib

Noyabrın 5-də AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözüylə açan institutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov gündəlikdə bir məsələnin - Folklor İnstitutunun 2019-cu il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatın olduğunu bildirib. İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov aşağıdakı istiqamətlər üzrə hesabatı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası; Elmi-tədqiqat işləri; Fundamental elmin təhsillə əlaqəsi; Beynəlxalq əlaqələr; Xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak; Qrantlar; Elektron elmin vəziyyəti; Nəşriyyat fəaliyyəti ; Xaricdə cap; Kadr hazırlığı; Elmi-təşkilati fəaliyyət; Sosial fəaliyyət; Təltiflər; Mükafatlarla bağlı məsələləri əhatə edib.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası:
İnstitut dövlət başçısının fərman və sərəncamlarının, eləcə də dövlət proqram¬larının icrası istiqamətində aktiv iş aparıb.
***
2019-cu ildə İnstitutda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu, 48 iş əsasında tədqiqatlar aparılıb.
***
Elmi – tədqiqat işlərinin mühüm nəticələri:
1. İŞİN ADI: Mifologiya, II cild. Ritual-mifoloji rekonstruksiya problemləri (Bakı, Elm və təhsil, 2019)
PROBLEM: Azərbaycan (türk) mifologiyası: nəzəriyyəsi və təcrübəsi.
İŞİN RƏHBƏRİ: fil.e.d., prof. Seyfəddin Rzasoy.
İşdə Azərbaycan türklərinin qədim ritual-mifoloji dünya modeli, bu mifoloji sistemin əsas obraz, motiv və süjetləri rekonstruksiyası edilmiş, Azərbaycan folklorunda təbiət stixiyalarının (od, su, hava, toppaq) miflə bağlı funksional strukturu, xeyir-şər, məkan-zaman kimi kontiniumların spesifikası tədqiq edilib. Eyni zamanda Azərbaycan miflərinin qaynaqları, mifin dini təsəvvürlərə və folklora transformasiyası problemi öyrənilib, ilk dəfə “Avesta” mətnləri ilə Oğuz eposunun müqayisəli təhlili aparılıb.
İŞİN HƏCMİ: 432 səh.
İCRAÇI: fil.e.d. Ramazan Qafarlı.

2. İŞİN ADI: I Türkoloji Qurultay: mübahisələr, həqiqətlər. Bakı, Elm və təhsil, 2019.
PROBLEM: Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi.
İŞİN RƏHBƏRİ: akademik Muxtar İmanov.
İşdə ilk dəfə olaraq I Türkoloji Qurultayın ideoloji və siyasi mahiyyəti, türk xalqlarının humanitar elmi fikrinin inkişafında rolu, qurultayın görünən və görünməyən yönləri, iştirakçıları və onların amalları, eləcə də onların bir qisminin repressiya edilmə səbəbləri faktlar və sənədlər əsasında tədqiq olunub.
İŞİN HƏCMİ: 700 səh.
İCRAÇI: fil.e.d., prof. Cəlal Qasımov.

3. İŞİN ADI: Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə (Bakı, Elm və təhsil, 2019)
PROBLEM: Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi.
İŞİN RƏHBƏRİ: akademik Muxtar İmanov.
İşdə ilk dəfə olaraq Azərbaycan qaçaq folklorunun tipologiyası, mövzu dairəsi, mətn tipləri, obrazlar sistemi, yayğın motiv və süjetləri, eləcə də dünya xalqlarındakı analoqları və qaçaqlarla bağlı folklora dünya folklorşünaslığında münasibət tədqiq olunub. Müəyyən olunub ki, qaçaq folkloru konkret dövrün sosial-iqtisadi və siyasi şəraitinə bağlı olaraq ortaya çıxıb, lakin onun populyarlıq qazanması və janr zənginliyi aid olduğu cəmiyyətin mədəni-mənəvi dəyərlərinə və yaşayan folklor ənənələrinə, o cümlədən aktiv söyləyicilik sənətinin olub-olmamasına bağlıdır.
İŞİN HƏCMİ: 432 səh.
İCRAÇI: fil.e.d., prof. Füzuli Bayat.

İnstitutun əməkdaşları xarici ölkələrdə keçirilən çoxsaylı elmi tədbirlərdə iştirak ediblər.
***
İclasda iştirak edən AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu Folklor İnstitutunun 2019-cu il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib.
Akademik Muxtar Kazımoğlu-İmanov növbəti ildə də institutun qarşıya qoyduğu məsələlərin həllində həmişə olduğu kimi inamla çalışacağına əminliyini bildirib.
Sonda institutun 2019-cu il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat yekdilliklə qəbul olunub.

 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015