AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Noy 04, 2019 | 04:51 /
Oxunub 20 dəfə

Türkiyənin Mersin şəhərində “3-cü Beynəlxalq Mersin və Akdeniz Simpozimları” keçirilib. Dünyanın 20-dən artıq ölkəsindən 150-dən çox alimin iştirak etdiyi tədbirə azərbaycanlı alimlər də qatılıb.

Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “İmperialist 100 ilinin sonu, türk əsrinin başlanğıcı” mövzusunda məruzəsi dinlənilib.

Mersin Universiteti və MerAk Akademiyasının təşkilatçılığı ilə keçirilən simpoziumun koordinatorlarından biri olan Qalib Sayılova türkoloji araşdırmalarına görə “Türk dünyasına üstün xidmət” mükafatı təqdim edilib.

 AZƏRTAC

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015