AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
İmadəddin Nəsiminin "Mənim müqəddəs məbədim” kitabı Bolqarıstanda nəşr olunub
Noy 04, 2019 | 04:29 / Yeni nəşrlər
Oxunub 83 dəfə

AMEA və ölkəmizin Bolqarıstan Respublikasındakı səfirliyi tərəfindən dahi mütəfəkkir İmadəddin Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı Bolqarıstanın paytaxtı Sofiyada çapdan çıxıb.

Kitab Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında imzaladığı müvafiq sərəncamlara əsasən nəşr edilib.

Bolqarıstanın “Blqarski pisatel” nəşriyyatında işıq üzü görən kitabın redaktoru şair Dimitr Xristov, qrafik dizayneri isə Emiliya Kazakovadır. Nəsiminin kitabda yer alan əsərlərini bolqar dilinə Boyan Anqelov, İvan Eseniski və Nadya Popova çeviriblər.

Nəşrin “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. “Cahana sığmayan Azərbaycan şairi” adlı “Ön söz”də mütəfəkkir şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatındakı mövqeyindən ətraflı bəhs olunur.

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015