AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun illik hesabatı dinlənilmişdir
Noy 04, 2019 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 135 dəfə

4 noyabr tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Teymur Kərimli  gündəlikdə duran məsələlər haqqında danışmış, 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Əlyazmalar İnstitutunda görülən işlərdən bəhs etmişdir. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə kadr hazırlığı və cari məsələlər haqqında ətraflı məlumat verərək, institutun doktorant və dissertantlarının elmi fəaliyyətlərinin nəticələrini açıqlamışdır. Yığıncaqda elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxış edərək institutda il ərzində görülən elmi-tədqiqat işlərinin hesabatı ilə bağlı geniş məruzə etmişdir. Sonra söz AMEA-nın həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyluya verilmişdir. Akademik çıxışında Əlyazmalar İnstitutunun fəaliyyəti haqqındakı hesabatı yüksək qiymətləndirmişdir. Bütövlükdə hesabat qənaətbəxş hesab edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015