AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
İsa Həbibbəyli - 65
Sen 28, 2019 | 12:04 / Müsahibələr, çıxışlar
Oxunub 86 dəfə

 

 
 
 
Akademik İsa Həbibbəyli çağdaş Azərbaycan elmi ədəbiyyatşünaslığının görkəmli nümayəndəsidir. Onun adı Əziz Mirəhmədov,Kamal Talıbzadə,Yaşar Qarayev, Bəkir Nəbiyev kimi  Azərbaycan ədəbiyyatı tarixçiliyinin nəhəng tədqiqatçlarının varisi, müasir ədəbiyyatşünaslıq elmimizin peşəkar tədqiqatçısı kimi şərəfli yerlərdən birini tutur.                                    
İsa müəllim istər xalq içində, istər elmi ictimaiyyət nümayəndələri arasında nüfuz, hörmət qazanmış bir şəxsiyyətdir. Böyük hörmət bəslədiyim, özümə ustad sandığım, doktorluq müdafiəmdə 1-ci opponentim olmuş bu böyük insanın hamımız elmi məsləhətlərinə əməl etdikdə uğurlarımız daha da artır, yeni-yeni elmi əsərlər yaratmağımıza bizi ruhlandırır. Akademik İsa Həbibbəyli istər respublikamızda, istərsə də bir çox xarici ölkələrdə tanınmış, hər yerdə dərin hörmət və ehtiramla qarşılanan, özü də son dərəcə qayğıkeş, xoşxasiyyət, xeyirxah insan, vətənsevər,doğma Azərbaycanımıza, dövlətə, dövlətçiliyə varlığıyla bağlı, xalqımızın milli mentalitetinə bağlı olan, dəyər verən görkəmli alimdir.
O, 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində tanınmış, Naxçıvan mahalında hörmət qazanmış Əkbər müəllimin ailəsində dünyaya göz açıb.
İsa Həbibbəyli Şərur rayonunun Oğlanqala kənd orta məktəbində oxuyarkən divar qəzetlərinə məqalə yazmaqla ilk addımlarını atıb. Çox keçmir ki, onun imzası respublika mətbuatında tez-tez görünür.
 
İsa Həbibbəyli 1971-ci ildə NDU-nu fərqlənmə diplomu ilə başa vurub doğma kəndinə dönür, müəllimlik edir. Ancaq onu narahat edən elmin yüksəliş yolu idi. Odur ki, bu istək və arzu onu yenidən 1975-ci ildə NDU-ya, sevimli müəllimlərinin sırasına gətirir və taleyini, varlığını həmişəlik olaraq bu elmi məbədgaha bağlayır. 1980-ci ildə isə Bakıda Nizami adına Ədəbiyyat İnstitutunda ixtisaslaşdırılmış şurada “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. 1982-ci ildə isə doktorluq dissertasiyası üçün gecəli-gündüzlü inadcıl axtarışlara başlayır. Bu elmi axtarışlar üçün İsa Həbibbəyli Moskva, Sankt-Peterburq, Kiyev, Tiflis, Odessa, Yasnaya Polyana, Qori, Ankara, Ərzurum, Təbriz kimi şəhərlərin arxiv və muzeylərində, kitabxanalarında, arxivşünaslıq fəaliyyətini davam və uğurlu nəticələr nəticəsində, o, 1984-cü ildə C.Məmmədquluzadənin “Ər” pyesini, “Lənət” və “Oyunbazlar” adlı səhnəciklərini aşkara çıxarır. Bunlardan başqa dünyanın müxtəlif ölkələrində yaşamış Mirzə Cəlilin nəslinin yadigarları - Midhət, Teymur İrena Cavanşirilər, Məhini tanıdan da İsa Həbibbəylidir.
Topladığı dəyərli tədqiqat işlərinin yekunu olaraq, İsa Həbibbəyli 1996-cı ildə “Cəlil Məmmədquluzadə mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Ulu peyğəmbərimiz alimlərə yüksək qiymət verərək deyib: “Elmindən fayda gələn alim min abiddən üstündür. Elm öyrənən islamın dayağıdır”. İsa Həbibbəyli də bunu yaxşı başa düşür ki, alimin elmindən bütün xalq və ziyalı faydalanır.
Alimin qiymətli elmi yeniliklərlə, nadir arxiv sənədləri ilə zəngin olan tədqiqat işləri öz əhəmiyyəti və elmi qənaətləri ilə seçilir və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Şübhəsiz ki,ki, bu elmi araşdırmalar onun zəhmət dolu şərəfli, zəhmət bahasına alınan ömür yolunun meyvələridir..
1992-ci ildən başlayaraq İsa Həbibbəylinin elmi-pedaqoji fəaliyyəti daha inkişaf mərhələsinə yetir.. 1992-ci ildə o, ADU-nun elmi işlər üzrə prorektoru vəzifəsinə irəli çəkilir. . Belə ki, universitetdə aspirant şöbəsinin yaranmasına və dissertantların cəlb olunmasına,  universitetdə müxtəlif strukturların inkişafına nail olur. 16 oktyabr 1996-cı ildən İsa Həbibbəyli NDU-ya rəhbərliyə təyin edilir və ömrünü bu ali təhsil ocağına bağlayır. Onun bu ali təhsil ocağındakı zəhmətkeş və təşəbbüskar rektorluq fəaliyyəti xalqımızın ümummilli liderHeydər Əliyevinməmləkətimizə rəhbərlik etdiyi və təhsilin tərəqqisinə göstərdiyi diqqət və qayğı NDU-nun tərəqqisində öz əksini tapır. İsa Həbibbəyli bu təhsil ocağındakı fəaliyyətində dövlətçilik mövqeyini dəstəkləyir, dahi öndərin böyük ideyalarını NDU-da gerçəkləşdirir. 
Avropa Rektorlar Klubunun və Asiya Universitetləri Assosiasiyasının üzvü, Beynəlxalq Sosial Əməkdaşlıq Konsepsiyasının “Minilliyin universiteti” kimi beynəlxalq mükafatlara layiq görülən NDU məhz onun təhsil tariximizə dövlətin böyük qayğısı ilə yazdığı şah əsəridir. Akademik İsa Həbibbəyli  universitetdə oxuyan tələbələrin, müəllimlərin və bütün əməkdaşların ən yaxın məsləhətçisi, arxa və dayağıdır. O, AUB-nin və AJB-nin üzvü kimi elmə olan sonsuz məhəbbəti ilə elmin tərəqqisi uğrunda filoloq-alim kimi çox əmək sərf edir, elmi yenilikləri ilə hamını sevindirir.
Bu tərəqqi və yenilikləri XX əsr ədəbi-ictimai fikrin C.Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, M.Şahtaxtlı, Səməd Vurğun, Məhəmməd Şəhriyar, Mir Cəlal kimi simaların müasir ədəbi prosesin xalq yazıçısı Anar, Əkrəm Əylisli, Məmməd Araz kimi nümayəndələrinin yaradıcılığı onun əsərlərində layiqli qiymətini alıb. Akademik İsa Həbibbəyli respublikamızda və beynəlxalq aləmdə ciddi elm xadimi, bacarıqlı təşkilatçılıq qabiliyyətinə malik ali məktəb rəhbəri kimi tanınırdı. .
   O, Təhsil Nazirliyi üzrə Rektorlar Şurasının Azərbaycan Milli Ensiklopediyasının “Naxçıvan”, “Cəlil Məmmədquluzadə” və “Hüseyn Cavid” ensiklopediyasının respublikamızda və Türkiyədə nəşr olunan, o cümlədən, bir çox mətbuat orqanlarının üzvü və baş redaktorudur.
Bir alim kimi İsa Həbibbəyli Azərbaycan nümayəndə heyətinin tərkibində İraqda keçirilən Füzuli günlərində, İranın Marağa şəhərində keçirilən beynəlxalq Əhvədi konqresinin, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən III uluslararası Atatürk simpoziumunun, Başqırdıstanda türkoloqların beynəlxalq konqresinin, Fransada YUNESKO-nun iqamətgahında keçirilən Dədə-Qorqud günlərinin Türkiyədə keçirilən elmi konfrans və simpoziumlarında elmimizi layiqincə təmsil edir. Bir şəxsiyyət kimi, İsa Həbibbəyli harada olursa-olsun, vətənə məhəbbət və yurdunun sevgisini ürəyində yaşadır. O, fəxr edir ki, Azərbaycan torpağının alim-oğludur. Azərbaycan torpağının alim oğlu bir çox beynəlxalq, xarici ölkələrin ali təhsil ocaqlarının - 1999-cu ildə Atatürk Araşdırma Mərkəzi üzrə Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü, Nyu-York EA-nın həqiqi üzvü və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası İdarə Heyətinin üzvü, 2003-cü ildə AMEA-nın həqiqi üzvü, 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatı yanında fəaliyyət göstərən Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib.
Akademik İsa Həbibbəylinin fəaliyyəti həm də ictimai xadim kimi respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etməsi kimi də qiymətlidir.  O, 1998-ci ildə  Heydər Əliyevin Azərbaycanda prezident seçkilərində 2008-ci ildə İlham Əliyevin vəkili kimi MR-də geniş ictimai iş aparıb. O, iki çağırış Naxçıvan Ali Məclisin deputatı seçilib, 2005-ci ildən isə AR Milli Məclisinin deputatı kimi təhsilin inkişafı yolunda əzmlə fəaliyyət göstərir. İsa Həbibbəyli bir alim və dövlət xadimi kimi milli ədəbiyyatımıza qiymətli töhfələr verən və ictimai fikrin təbliğində özünə layiqli yer tutan ictimai xadimdir. Onun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1999-cu ildə “Əməkdar elm xadimi”, 2007-ci ildə “Şöhrət” ordeni və 2009-cu ilin avqust ayında “Şərəf” ordeni ilə təltif olunub. 2009-cu ildə “XX-XXI əsr yaradıcı ziyalıları” ensiklopediyasında layiqli yer tutub.
Akademik İ.Həbibbəylinin  mənal ıömüryolu bugünkü gənclər üçün də örnəkdir. Elmin zirvəsində olan akademik İsa Həbibbəyli ilə şəxsən mən  fəxr edirəm..Fəxr edirəm ki,belə nüfuzlu alimlə çiyin-çiyinə.onun rəhbərliyi altında çalışıram.20 ilə yaxındır bu böyük alimlə tanış olmuşam.Bu tanışlıq 14 yaş fərqinə baxmayaraq dostluq səviyyəsinə yüksəlib.Bu yaxınlarda qəbuluna getdim,ayağa qalxıb qarşıladı.Problemi deyib otaqdan çıxdım.həmişəki kimi yadıma nəsə düşdü,bir də qayıtdım .Kabinetinə girəndə bir də ayağa qalxdı.Onun təvazökarlığından utandım ki,gərək bu yaxşı kişini bir də narahat eləməzdim.                                                                 
Onun rəhbərlik etdiyi Müdafiə Şurasının üzvüyəm.Hər çıxışda ayağa qalxır. Onun yüksək mədəniyyəti,sadəliyi hamımıza ləzzət edir,İsa müəllimlə qürur duyuruq.Millət vəkili,AMEA-nın vitse-prezidenti,Ədəbiyyat İnstitutunun direktoru,akademik,yüksək ordenlər sahibi İsa bəy dünyanın.Azərbaycanımızın ən sadə insanlarındandır.                    
 Ã–tən il "Spase"kanalı mənim 50 illiyimlə bağlı verilş edəndə İsa müəllimə zəng vurub deyiblər ki,ürək sözlərinizi eşitmək istəyirik.deyib:- Böyük məmnuniyyələ.Ustad gözəl də çıxış elədi.yaradıcılığıma yüksək qiymət verdi.Xəcələt verdi mənə.Haqqımda ötən il monoqrafiya yazmışdılar.Müəlliflər kitabı İsa müəllimə təqdim edəndə kitabı qaldırıb deyib ki,"mən Vüqarla fəxr edirə.onun bütün uğurlarına sevinirəm."Böyük ürəyi var alimin.Ürək demişkən yadıma bir əhvəlat düşdü.2005-ci ildə İsa müəllim deputat seçiləndə zəng vurub təbrik elədim.Qayıtdı ki,"sənin nəğməli ürəyindən öpürəm"Bizi Yaradana and olsun gözlərim yaşardı.Böyük insan.böyük alim-sadəlik mücəssəməsi.                                                                                                                                                                  
Dünya şöhrətli ali.akademik Akif Əlizadə,İsa Həbibbəyli AMEA-ya rəhbərliyə gələndən sonra canlanma hamının ürəyincədir.Başda Akif müəllim olmaqla bütün rəhbərlik yorulmadan elmimizin inkişafı üçün çalışır.Sakit.passivləşmiş bu elmi qurum qaynar bir sahəyə çevrildi.Hamımız aktivləşmişik.işə həvəslə gəlirik.                         
 İsa müəllim,əzizim.ustadım.Oğlunuzun toyunda olmuşam.O gün olsun nəvələrinizin xeyir işlərində iştira edək Sizin ağsaqqalığınızla.Alimlərin qurultayı uğurla keçsin!Daha böyük elmi nailiyyətlər qazanasınız.70,80,90 illik yubileylərinizi keçirdək ustad,100-ü də Allah kərimdir!  
                                                                      
Vüqar Əhməd- AMEA-nın baş elmi işçisi,filologiya elmləri doktoru,professor
 
 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015