AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Daşkənddə akademik İsa Həbibbəyli haqqında özbək dilində kitab çap olunmuşdur
Noy 01, 2019 | 11:32 / Yeni nəşrlər
Oxunub 89 dəfə

Daşkənddə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun direktoru, akademik İsa Həbibbəyli haqqında filologiya üzrə elmlər doktorları Almaz ÜlviYaşar Qasımın “Ustoz” (Ustad) kitabı çap edilib.

Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutun nəşri olan kitabı özbək dilinə filologiya üzrə fəlsəfə doktoru Obidjon Şofiyev çevirib.

Kitabın məsul redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Hamidulla Baltabayevdir.

Kitabda akademik İsa Həbibbəylinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, o görkəmli alim, ictimai xadim kimi təhlil edilir.

Topluda İsa Həbibbəylinin son vaxtlar qələmə aldığı bir neçə məqaləsi də yer alıb.

Azərtac

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015