AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Azərbaycanlı alim Qazaxıstan universitetinin fəxri professoru seçilib
Okt 30, 2019 | 01:58 / Mühüm hadisələr
Oxunub 73 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının  Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov Qazaxıstan Respublikasının Milli Assambleyasında çıxış edib.

Folklor İnstitutdan Qalib Sayılov, həmçinin Qazaxıstanın Aktəpə Bayişev Universitetində Türküstanın qəhrəmanı Jalantös Bahadura həsr olunmuş “Böyük Çölün böyük övladları” beynəlxalq elmi konfransında “Yeriyən çadırda, uçan yəhərdə doğan möhtəşəm sivilizasiya: Ərtoğruldan Jalantösə” mövzusunda elmi məruzə ilə çıxış edib. Alimin çıxışı böyük rəğbətlə qarşılanıb. Konfransın yekun toplantısında Qalib Sayılov Aktəpə Bayişev Universitetinin fəxri professoru seçilib.

Həmçinin Aktəpə valisinin və dövlət rəsmilərinin, diplomatik nümayəndəlikərin iştirakı ilə Jalantös Bahadura həsr olunmuş yığıncaqda  Qalib Sayılov “Beynəlxalq Əmir Jalantös Bahadur Ordeni” ilə təltif olunub.

Qeyd edək ki, Jalantös Bahadur 44 il Mavərənnəhrin əmiri olub.

Azərtac

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015