AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
XX əsrin istedadlı şairi Novbərinin dini şeirləri çapdan çıxıb
Okt 30, 2019 | 11:40 / Yeni nəşrlər
Oxunub 69 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Novbəri” təxəllüslü istedadlı şair Kərbəlayi Qara Əliyevin (1885-1967) şəxsi arxivində mühafizə olunan əlyazma əsərləri çap olunub. Müəllifin kitaba daxil olan şeirləri – növhə və sinəzənlər (ağı, matəm nəğməsi) ilk dəfə çap olunur.
Kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlıdır. Nəşrin redaktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, rəyçisi Rauf Şeyxzamanovdur.
Şairin növhələrinin avtoqraf nüsxəsi də kitaba daxil edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015