AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Qədim Türk yurdu NAXÇIVAN” kitabının təqdimat mərasimi olmuşdur
Okt 11, 2019 | 05:54 / Yeni nəşrlər
Oxunub 156 dəfə

AMEA Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında “Qədim Türk yurdu NAXÇIVAN” kitabının təqdimat mərasimi olmuşdur.

 Kitabda Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın qədim tarixinə üz tutaraq, tarixin müəyyən zaman kəsimində baş vermiş olaylar yada salınır, real faktlar araşdırır, yeni fikirlər söyləməyə çalışılır, eləcə də Naxçıvanın yaşı min illəri arxada qoyan tarixi abidələrini öyrənməklə əsrlərin o tayından bu günümüzə boylanan gerçəklikləri bir daha ictimaiyyətin diqqətinə çatdırılmasının vətəndaşlıq borcu olduğu bildirilir. 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi şurasının maliyyə yardımı, “Araz” Ziyalılar İctimai Birliyinin “Naxçıvanda erməni cinayətlərinin izi və iddiaları” adlı layihəsi əsasında, oxuculara təqdim olunan bu kitab tarixi, elmi-kütləvi, ədəbi-bədii əsərdir.

Kitabın elmi redaktoru t.e.d.Eynulla Mədətli nəşrin elmi əhəmiyyəti haqqında dinləyicilərə geniş məlumat vermişdir. İştirakçılardan fil.e.d., prof. Əlizadə Əsgərli, fil.e.d., prof. Allahverdi Məmmədli, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat e.d. , prof. Əyyub Quliyev, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli, kitaba rəy verən t.ü.f. d. Kamran İsmayılov, fil.ü.f. d, şair Adilə Nəzər, yazıçı Səfər Alışarlı, t.e. d. Rüfət Quliyev, kömrük məsələri üzrə Azərbaycanda ilk fəlsəfə doktoru Cabir Həsənov, Azərbaycan Radiosunda şöbə müdirinin müavini Kamil Məhərrəmoğlu, , fil.e.d. Yaşar Qasımbəyli, fəl.e.d. Rəfayel Əhmədli, fil.ü.f.d. Aynur Cəlilova, Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, fil.ü.f.d. Oruc Əliyev və başqaları çıxış edərək kitabın elmi-tarixi əhəmiyyətindən danışıb müəllifə daha böyük uğurlar arzuladılar. Tədbirin sonunda  layihənin rəhbəri və kitabın müəllifi kimi Nizami Muradoğlu iştirakçılara minnətdarlığını bildirmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015