AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Paris Milli Kitabxanasından naməlum şairimiz, Nəsimi ardıcılı Zövqinin divanının surəti əldə edilib
Okt 28, 2019 | 02:31 / Yeni nəşrlər
Oxunub 76 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov Paris Milli Kitabxanasından XVII əsrdə yaşamış, adı ədəbiyyat tariximizə düşməmiş Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusu - divanının surətini əldə edib.

1687-ci ildə köçürülmüş, 168 vərəqdən ibarət olan bu divanda şairin qəzəl, mürəbbe, müxəmməs və müstəzadları toplanıb. Vərəqlərin kənarlarında və divanın sonunda onun farsca şeirləri də vardır. Zövqinin şeirlərində hürufiliyin, xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin güclü təsiri görünür. Onun 134 qəzəlindən 64-ü Nəsimi şeirlərinə nəzirədir. Bundan başqa, şairin Füzuli yaradıcılığından da təsirləndiyi görünür. Onun divanında Füzuli şeirlərinə 18 nəzirə vardır.

Əsər XVII əsr Azərbaycan ədəbiyyat tarixinin araşdırılması baxımından böyük maraq kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015