AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Aşıq sənəti üzrə tədqiqat aparan türkiyəli alim Folklor İnstitutunda olub
Okt 25, 2019 | 04:25 / Görüşlər
Oxunub 17 dəfə

 

Aşıq sənəti üzrə türkiyəli araşdırmaçı Necdet Kurt AMEA-nın Folklor İnstitutunda olub.

Müəssisənin direktoru, akademik Muxtar İmanov və Musiqi folkloru şöbəsinin müdiri, professor Nailə Rəhimbəyli ilə görüşdə türkiyəli araşdırmaçının elmi fəaliyyətindən danışılıb. Bildirilib ki, N.Kurt hələ uşaqlıqdan xalq musiqisinə böyük maraq göstərib, Tokat və Amasya bölgələrinin xalq mahnılarını araşdıraraq nota salıb. O, Türkiyə ilə yanaşı, Yunanıstan, Kosova, Gürcüstan və Qazaxıstanda beynəlxalq simpoziumlarda məruzələrlə çıxış edib. Bundan əlavə, Almaniya, Avstriya, Avstraliya, Yunanıstan, Hollandiya, Kosova və Qazaxıstanda konsertlər verib. Tanınmış alimlərdən dərs alan N.Kurt 30-dan artıq məqalənin və 3 kitabın müəllifidir.

Qeyd olunub ki, türkiyəli alim Aşıq Şənliyin, Aşıq Veysəlin yaradıcılıqlarını, o cümlədən Sivas aşıq mühitinin özəlliklərini tədqiq etmək niyyətindədir.

Bakıda olduğu müddətdə Necdet Kurt, həmçinin aşıq sənətkarlarla görüşüb, onlarla fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015