AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Poetika.izm” jurnalının növbəti nömrəsi işıq üzü görüb
Okt 25, 2019 | 03:00 / Yeni nəşrlər
Oxunub 15 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının 2019-cu ildə birinci nömrəsi nəşr olunub.

Jurnalın baş redaktoru AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, baş redaktorun müavini, professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktura, forma”, “İzm”, “İntertekustallıq və multidisplinar əlaqələr” bölmələrindən ibarətdir.

Qeyd edək ki, jurnalın redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Türkiyə və Polşanın alimləri daxildir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015