AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək
Okt 22, 2019 | 02:37 / Konfranslar, iclaslar
Oxunub 74 dəfə

Oktyabrın 28-də saat 11:00-da AMEA-nın Əsas binasında türkoloq alim Məhəbbət Mirzəliyevanın 70 illik yubileyinə həsr olunan “Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə “Məhəbbət Mirzəliyeva şəxsiyyəti və dilçilik görüşləri”, “Müasir Azərbaycan dilinin tədqiqi məsələləri”, “Türk filologiyasının aktual problemləri”, “Ümumi və nəzəri dilçilik məsələləri”, “Dil tarixi və dialektologiya” və “Ortaq türkcə: əlifba, imla, termin” bölmələri üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015