AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Tanınmış türkoloq Osman Fikri Sərtkaya Folklor İnstitutunun qonağı olub
Okt 15, 2019 | 11:18 / Görüşlər
Oxunub 10 dəfə

AMEA-nın Folklor İnstitutunda türkiyəli tədqiqatçı, tanınmış türkoloq Osman Fikri Sərtkaya ilə görüş keçirilib.

Qonağı salamlayan institutun direktoru, akademik Muxtar İmanov onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Direktor elmi müəssisədə aparılan tədqiqatlar, folklor nümunələrinin toplanması, nəşri və təbliği ilə bağlı görülən işlərdən danışıb.

O.F.Sərtkaya “Kitabi Dədə Qorqud” dastanları, onun qəhrəmanları olan Dirsə xan, Bamsı Beyrək, Qan Turalı, Banu Çiçək, Qazan xanla bağlı aparılan araşdırmalardan bəhs edib. O, elm aləminə yeni məlum olan “Kitabi Dədə Qorqud” dastanlarının on üçüncü – "Salur Qazanın yeddi başlı əjdarhanı öldürməsi" boyu, eləcə də onun orijinaldan oxunuşu və nəşri ilə bağlı fikirlərini bölüşüb. 

Sonda türkiyəli qonağa institutun nəşrləri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015