AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ərtoğrol Cavidin xatirəsi anılıb
Okt 14, 2019 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 117 dəfə

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar Ərtoğrol Cavidin vəfatının 76-cı ildönümü münasibətilə AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində onun xatirəsinə həsr olunmuş sərgi təşkil edilib.

Sərgidə Ərtoğrol Cavidin şəxsi əşyaları, əlyazma sənədləri, rəsm əsərləri, musiqi notları nümayiş etdirilir. 

Bundan başqa, oktyabrın 22-də Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə muzeydə keçiriləcək “Ərtoğrol Cavid-100” mövzusunda respublika elmi konfransına hazırlıq işləri davam etdirilir. Muzey tərəfindən yubileyə həsr edilmiş konfrans materiallarının,  “Ərtoğrol Cavidin ömür salnaməsi” kitabının və Ə.Cavidin musiqi əsərlərindən ibarət not kitabının da çap edilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.heb.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015