AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Nizami Gəncəvi və "Kəlilə və Dimnə" motivləri" kitabı işıq üzü görüb
Okt 14, 2019 | 10:00 / Yeni nəşrlər
Oxunub 33 dəfə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 19 sentyabr 2019-cu il tarixli iclasının qərarı ilə (Protokol № 07) "Nizami Gəncəvi və "Kəlilə və Dimnə" motivləri" kitabı (Bakı, "Elm və təhsil", 2019. 200 səh.) nəşr olunmuşdur. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, tərtibçi və ön sözün müəllifi dosent Təhminə Bədəlova, rəyçilər dosent Zəhra Allahverdiyeva və dosent Məsiağa Məhəmmədidir.

 Kitabda XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında xatırlanan “Kəlilə və Dimnə” hekayələri məsnəvidəki beytlərə uyğun ardıcıllıqla toplanmış, onlardan hasil olan nəticələr incələnmişdir. Gənclər və yuxarı sinif şagirdlərinin həm Nizami Gəncəvi yaradıcılığı, həm də qədim hind abidəsi “Kəlilə və Dimnə”dəki hekayələr ilə tanışlığı baxımından əhəmiyyətli olan kitab gənc nəslin yetişməsinə, vətənə, cəmiyyətə, müstəqil dövlətimizə layiqli şəkildə formalaşmasına göstərə biləcəyi müsbət  təsiri cəhətdən də faydalıdır.

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015