AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Turan Cavidin anadan olmasının 96-cı ildönümü qeyd edilib
Okt 02, 2019 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 40 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavid mükafatı laureatı, teatrşünas Turan Cavidin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbiri muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq Turan Cavidlə bağlı xatirələrini bölüşüb.

Sonra AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi Arzu Məmmədxanlı, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə, böyük elmi işçisi, fil.ü.f.d., dosent Yusif Günaydın və Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Fəridə İbrahimova çıxış edərək tədbirin keçirilməsinin Turan Cavidin xatirəsinə dərin hörmətin təcəssümü olduğunu bildiriblər. Bundan əlavə, muzey tərəfindən nəşr olunan “Turan Cavid. Ömür səlnaməsi” kitabını yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015