AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
İngiltərəli alim Əlyazmalar İnstitutunun qonağı olub
Okt 01, 2019 | 11:12 / Görüşlər
Oxunub 15 dəfə

İngiltərənin İsmailliyə Tədqiqatlar İnstitutunun (The İnstitute of İsmaili Studies) böyük elmi işçisi, fəlsəfə doktoru Orxan Mir-Qasımov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli qonağa müəssisədə əlyazmaların qorunması, elektronlaşdırılması, tədqiqi və təbliği istiqamətində görülən işlər barədə məlumat verib, onu institutun nəşr etdirdiyi əlyazma kataloqları ilə tanış edib.

Daha sonra iki qurum arasında gələcək əməkdaşlıq layihələri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015