AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIV. Uluslararası Böyük Türk Dili Qurultayı”nda
Sen 30, 2019 | 11:59 / Konfranslar, iclaslar
Oxunub 50 dəfə

2019-cu il 26-27 sentyabr tarixlərində Bakı şəhərində, Yunus Əmrə İnstitutu, Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Dayanışma Vəqfi və Yurtdışı Türkler ve akraba topluluklar başkanlığının dəstəyi və təşkilatçılığı ilə “XIV. Uluslararası Böyük Türk Dili Qurultayı” keçirilmişdir. Hər il ənənəvi keçirilən bu qurultay 26 sentyabr tarixində Türkiyədə qeyd olunan Dil bayramının şərəfinə təşkil olunmuşdur.
Qurultayda Azərbaycandan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 20 əməkdaşı iştirak etmişdir. Qurultaya müxtəlif ölkələrdən 120 alim qatılmışdı. Açılış proqramında Qurultay Düzenleme Kurulu başkanı və Bilkənt Universitetinin Öğretim Üyesi Prof. Dr. Rasim Özyürek, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin başkanı Dos. Dr. Cihan Özdemir, Türkiyə-Azerbaycan Dostluq İşbirliyi Vəqfinin başqanı Prof. Dr. Ənvər Həsənoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral çıxış etdilər.
Bakı şəhərində keçirilən “XIV Uluslararası Böyük Türk Dili Qurultayı”nda türk dilləri, türk ədəbiyyatı, türk dillərinin tarixi, dil əlaqələri, etimologiyası, türk toponimiyası, türk lüğətçiliyi mövzularında məruzələr edildi.

Qurultayda Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi dosent Aynel Məşədiyeva, Sosiolinqvistika və dil siyasəti şöbəsinin baş elmi işçisi, professor Roza Eyvazova, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent Şəbnəm Həsənli-Qəribova, böyük elmi işçisi fil.ü.f.d. Turan Hüseynova, Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Aysel Əhmədova iştirak etmişlər.
Qurultayda dosent Aynel Məşədiyeva “Çağdaş Türk Lehçelerinde ve Ağızlarında Bazı Sıfat-Fillerinin Farklı Kullanım Özellikleri Üzerine”, professor Roza Eyvazova “Azerbaycan Fars Dillerinde Çok Manalılık ve Omonimlik”, dosent Şəbnəm Həsənli-Qəribova “Azerbaycan ve Türk Dillerinde Bilimsel Terminolojinin Tarihi Sınıflandırılması”, fil.ü.f.d. Turan Hüseynova “Nazım Hikmet’in Şiirlerinde özel adlar”, Aysel Əhmədova isə “Orhon Yazıtları Ve Divanü Lügati’t-Türk’te Sözcük Yapımı: Eski Yapılar ve Yeni Oluşumlar” mövzularında çıxış etmişlər. Professor Roza Eyvazova qurultayın Bilim Kurulunun üzvü idi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015